Kapellonun yerinə Rednap, onun əvəzinə isə Ançelotti

Kapellonun yerinə Rednap, onun əvəzinə isə Ançelotti
XƏBƏR 25 Sentyabr 2011 / 15:05 1826
-  A +

Məlum olduğu kimi, İngiltərə millisinin baş məşqçisi Fabio Kapello Avro-2012-dən sonra vəzifəsindən istefa verəcəyini bildirib. Bundan sonra isə komandanın “Tottenhem”in çalışdırıcısı Harri Rednapa həvalə olunacağı gözlənilir.

Qol.Az-ın ingilis mətbuatına istinadən yaydığı məlumata görə, Rednapın yığmaya baş məşqçi təyin olunmasından sonra “Tottenhem”in sükanı arxasına Karlo Ançelotti keçə bilər.

Qeyd edək ki, Rednap əvvəlki müsahibələrindən birində millidə işləmək arzusunu dilə gətirsə də, hələlik rəsmi təklif almadığını bildirmişdi. Ancaq bu dəfə İngiltərə Futbol Federasiyasının fikri qətidir. Kapellonun gedişindən sonra Rednapa rəsmi təklif göndəriləcək.

Ançelotti isə “Çelsi”dən qovulduqdan sonra Premyer Liqada işləməyin maraqlı olduğunu və yenidən “Dumanlı Albion” klublarından birinə başçılıq etmək arzusunda olduğunu bildirmişdi.

Son xəbərlər
23.05.25  14:11

"Bayer"ə "hə" dedi