“Mançester Yunayted”in vuran ayağı sıradan çıxdı

“Mançester Yunayted”in vuran ayağı sıradan çıxdı
XƏBƏR 25 Sentyabr 2011 / 14:20 2252
-  A +

İngiltərə millisi və “Mançester Yunayted”in hücumçusu Ueyn Runi bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Qol.Az-ın məlumatına görə, buna ulduz futbolçunun Premyer Liqanın son turunda “Stok Siti” ilə oyunda zədələnməsi səbəb olub.

Bu baxımdan “qırmızı şeytanlar”ın baş məşqçisi Ser Aleks Ferqyuson da aparıcı oyunçunun qarşıdakı bir neçə turda meydana çıxa bilməyəcəyini istisna etməyib:

“Runinin zədəsi elə ciddi olmasa da, “Stok Siti” ilə matçda onun oynamağına imkan vermədi. Ona görə də mən belə düşünrəm ki, Runi ən azı bir neçə həftə istirahət etməli olacaq”.

Son xəbərlər
23.05.25  14:11

"Bayer"ə "hə" dedi