Azərbaycan və Türkiyə milliləri "play-off"da
Bu gün qadınlardan ibarət voleybol yığmamız İtaliyanın Monza şəhərində davam edən Avropa çempionatının qrup mərhələsində son oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, ilk iki görüşdə məğlub olan millimizin bu dəfəki rəqibi Xorvatiya yığması olub.
“B” qrupunda yer alan yığmamız bu matçda mütləq qalib gəlməli idi. Əks-halda voleybolçularımız turnirlə vaxtından tez vidalaşmalı olacaqdılar. Bu görüşdə millimizi ancaq 3:0 və 3:1 hesablı qələbələr qane edə bilərdi ki, komandamız da bu çətin vəzifənin öhdəsindən layiqincə gəlib. Xorvatları 3:1 hesabı ilə məğlub edən qızlarımız adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, qrupumuzun digər oyununda isə meydan sahibləri İtaliya və Türkiyə kollektivləri üz-üzə gəliblər. Bu görüş qardaş ölkənin komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
25 sentyabr
Avropa çempionatının final mərhələsi
Azərbaycan - Xorvatiya - 3:1 (27:25, 18:25, 25:21, 25:18)
İtaliya – Türkiyə - 2:3 (25:21, 26:28, 16:25, 25:22, 9:15)