"Mançester Siti" klubunun bosniyalı hücumçusu Edin Dzeko Çempionlar Liqasında qarşılaşacaqları "Bavariya" ilə oyun haqda danışıb.
Qol.Az-ın məlumatına görə, gənc hücumçu "Bavariya"nın "Mançester Siti"dən güclü olması fikri ilə razılaşmadığını bildirib:
"Doğrudur, "Bavariya" bu oyunun favoritidir. Çünki bu komanda doğma azarkeşləri önündə oynayacaq. Həm də "Bavariya"nın Çempionlar Liqasında daha böyük təcrübəsi var.
Ancaq bu o demək deyil ki, "Bavariya" bizdən güclüdür. Məncə, səfərdəki oyunda şanslar bərabərdir. Heyətimizdə kifayət qədər güclü oyunçular var. Səfərdən sərfəli nəticə ilə dönəcəyimizə inanıram".
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər