Bu gün İspaniya La Liqasında V turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, turun mərkəzi qarşılaşması "Nou-Kamp"da baş tutub.
Burada "Barselona" klubu Madrid "Atletiko"su ilə qarşılaşıb. Bu görüşü bir növ Messi - Arda qarşıdurması kimi qələmə verənlər də var idi.
Gəldiyi ilk gündən "Atletiko"da adından söz etdirməyi bacaran Ardanın bu gecə "Barselona" qarşısında necə təsir bağışlayacağı da böyük maraq doğururdu. Lakin Arda gözəlnilən oyunu sərgiləyə bilməyib.
Messi yenə də öz oyunu ilə şou göstərib. Rəqib qapısına 3 qol vuran Messi matçın qəhramanına çevrilib. Bu görüşlə yanaşı daha 3 oyun keçirilib. Səfərdə "Atletik" (Bilbao) klubunun qonağı olan "Villareal" 1:1-lik bərabərə qalıb.
Öz meydanında "Valensiya"nı qəbul edən "Sevilya" isə çətinlik bahasına olsa da, minimal hesabla qalib gəlib - 1:0. "Barselona"nın əzəli rəqibi "Real" isə doğma azarkeşlər önündə "Rayo Vallekano" ilə qarşılaşıb - 6:2.
Bu görüşdə Ronaldo het-triklə yadda qalıb. Lakin Messinin də "Atletiko" ilə oyunda het-trik etməsi Ronaldonu bombardirlik taxtından endirib. Çox güman ki, Messi - Ronaldo dueli bu mövsüm də davam edəcək.
Qeyd edək ki, "Barselona" - "Atletiko" matçı Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
24 sentyabr
"Atletik" (Bilbao" - "Villareal" - 1:1
Qollar: Qabilondo, 44 (1:0), Nilmar, 52 (1:1)
"Sevilya" - "Valensiya" - 1:0
Qol: Kanute, 18 (1:0)
"Real" (Madrid) - "Rayo Vallekano" - 6:2
Qollar: Miku, 1 (0:1), 55 (3:2), Ronaldo, 39 (1:1), 51-pen (3:1), 84-pen (6:2), İquain, 45 (2:1), Varane, 67 (4:2), Benzema, 73 (5:2)
"Barselona" - "Atletiko" (Madrid) - 5:0
Qollar: Vilya, 9 (1:0), Miranda, 15-avtoqol (2:0), Messi, 26 (3:0), 78 (4:0), 90 (5:0)
25 sentyabr
"Malyorka" - "Real" (Sosyedad)
"Levante" - "Espanyol"
"Qranada" - "Osasuna"
"Sportinq" (Xixon) - "Santander"
"Saraqoza" - "Malaqa"
26 sentyabr
"Qetafe" - "Betis"
|
Team |
P |
W |
D |
L |
Pts |
|
“Betis” |
4 |
4 |
0 |
0 |
12 |
|
“Barselona” |
5 |
3 |
2 |
0 |
11 |
|
“Sevilya” |
5 |
3 |
2 |
0 |
11 |
|
“Real” (Madrid) |
5 |
3 |
1 |
1 |
10 |
|
“Valensiya” |
5 |
3 |
1 |
1 |
10 |
|
“Malaqa” |
4 |
3 |
0 |
1 |
9 |
|
“Levante” |
4 |
2 |
2 |
0 |
8 |
|
“Atletiko” (Madrid) |
5 |
2 |
1 |
2 |
7 |
|
“Real” (Sosyedad) |
4 |
2 |
1 |
1 |
7 |
|
“Espanyol” |
4 |
2 |
0 |
2 |
6 |
|
“Rayo Vallekano” |
5 |
1 |
2 |
2 |
5 |
|
“Villareal” |
5 |
1 |
2 |
2 |
5 |
|
“Osasuna” |
4 |
1 |
2 |
1 |
5 |
|
“Saraqoza” |
4 |
1 |
1 |
2 |
4 |
|
“Malyorka” |
4 |
1 |
0 |
3 |
3 |
|
“Qranada” |
4 |
1 |
0 |
3 |
3 |
|
“Atletik” (Bilbao) |
5 |
0 |
2 |
3 |
2 |
|
“Santander” |
4 |
0 |
2 |
2 |
2 |
|
“Qetafe” |
4 |
0 |
1 |
3 |
1 |
|
“Sportinq” (Xixon) |
4 |
0 |
0 |
4 |
0 |
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı