"Real" (Madrid) klubunun braziliyalı futbolçusu Kaka həmyerlisi "Santos"lu Neymarla birgə oynamaq istədiyini bildirib.
Qol.Az-ın məlumatına görə, Kaka "Barselona" və "Real"ın transfer hədəfində olan Neymarın sonda məhz Madrid klubu seçəcəyinə inandığını vurğulayıb:
"Bu mövsüm Neymarın adı İspaniyada çox hallanır. Çox güman ki, qış transfer pəncərəsində Neymar La Liqaya gələcək. Ancaq onun hansı komandaya üstünlük verəcəyi böyük maraq doğurur.
İnanaıram ki, Neymar sonda məhz "Real"ı seçəcək. Onunla birgə oynamaq əla olardı. Neymarın istedadlı bur futbolçu olduğunu bilirəm. Onun "Real"a gəlişi komandaya əlavə güc qatacaq".
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər