Rusiya milli komandasının baş məşqçisi Dik Advokat yenidən həmyerlimiz Aleksandr Səmədovu yığmaya dəvət etməsi haqda danışıb.
Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis Səmədovu Rusiya millisinə öz istəyi ilə çağırdığını bildirib:
"Bu barədə artıq mənə çox suallar verirlər. Səmədovun milliyə çağırılmasında komandada bəzi zədəli oyunçuların olması və bu futbolçunun Rusiya çempionatında özünü yaxşı tərəfədən göstərməsidir.
Səmədovun hansı mövqedə çıxış edəcəyini isə hələlik müəyyənləşdirməmişəm. Bir daha deyirəm ki, Səmədovu azarkeşlərin istəyi ilə deyil, öz istəyimlə milliyə çağırmışam. Bu haqda kim nə yazırsa yazsın, məni maraqlandırmır.
Məni daha çox futbolçuların milliyə faydalı olması düşündürür. İnanıram ki, Səmədov da çempionatdakı oyununu Rusiya millisində də nümayiş etdirəcək".
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər