"Arsenal" klubunun baş məşqçisi Arsen Venger komandasının son zamanlar uğursuz çıxış etməsinə baxmayaraq, olduqca iddialı danışıb.
Qol.Az-ın məlumatına görə, Venger bu mövsüm "Mançester Yunayted"lə rəqabət apara biləcəklərinə inandığını bildirib:
"Doğrudur, komandamın son çıxışları məni qane etmir. Ancaq bu uğursuzluqları unudaraq gələcəyə baxmaq lazımdır. Qarşıdakı oyunlarda qələbə qazanaraq "Mançester Yunayted"in xaı itirməsini gözləyəcəyik.
Qış transfer pəncərəsində mütləq yeni oyunçular almalıyıq. Yalnız bundan sonra "Mançester Yunayted"lə rəqabət apara bilərik. Ümumilikdə isə "Arsenal"ın tez bir zamanda özünə gələrək "Mançester Yunayted"ə başağrısı olacağını düşünürəm".
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər