Vladislav Qədirov: “Buna qədər futbolçular bir-birini başa düşmürdülər”
“Komandamız mövsümdə ilk qələbəsini qazandı. Buna qədər futbolçular meydanda bir-birini yaxşı başa düşmürdülər, qalib gələ bilmirdik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Turan”la oyundan sonra “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.
Komandasının artıq öz oyununu tapdığını deyən Qədirov bu uğuru Bakıdakı oyunlarda da təkrar etmək istədiklərini dilə gətirib:
“Artıq futbolçular bir-birini başa düşməyə başlayırlar. İstərdim ki, Bakıdakı oyunlarda da qalib gələk. Futbolçularımı ilk qələbə münasibəti ilə təbrik edirəm”.