Türkiyə millisinin üzvü daha bir il PSJ-də

Türkiyə millisinin üzvü daha bir il PSJ-də
XƏBƏR 23 Sentyabr 2011 / 17:35 1760
-  A +

PSJ-nin türkiyəli hücumçusu Mövlud Erdinç komandası ilə olan müqaviləsini yeniləyib.

Qol.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu qüvvədə olan sözləşməsinin müddətini daha bir il uzadıb.

Qeyd edək ki, Erdinçin müqaviləsi 2013-c ildə başa çatmalı idi. Ancaq rəhbərlikdən gələn yeni təklifi düşünmədən qəbul edən forvard daha bir il PSJ-nin şərəfini qorumağa razılıq verib.

Xatırladaq ki, hücumçu PSJ-yə 2009-cu ildə digər fransız klubu “Soşo”dan keçib.

Son xəbərlər