FİFA-dan İraq millisinə qadağa

FİFA-dan İraq millisinə qadağa
XƏBƏR 23 Sentyabr 2011 / 17:18 1342
-  A +

İraq millisinin AÇ-2014-ün seçmə mərhələsindəki ev oyunlarını harada keçirəcəyi ilə bağlı məsələ həllini tapıb.

Qol.Az-ın məlumatına görə, FİFA ölkədə baş verən hadisələri və insanların təhlükəsizliyini nəzərə alaraq, sözügedən yığmanın ev oyunlarının neytral stadionda keçirilməsinə qərar verib.

Ali futbol qurumu bununla bağlı artıq İraq Futbol Federasiyasına rəsmi məktub da göndərib.

Qeyd edək ki, İran millisi təsnifat mərhələsində İordaniya, Sinqapur və Çin kollektivləri ilə birlikdə “A” qrupunda mübarizə aparacaq.

Son xəbərlər