Rusiyalı mütəxəssis: “Səmədov ölkənin ən yaxşı cinah yarımmüdafiəçisidir”

Rusiyalı mütəxəssis: “Səmədov ölkənin ən yaxşı cinah yarımmüdafiəçisidir”
XƏBƏR 23 Sentyabr 2011 / 16:28 1656
-  A +

“Səmədovun milliyə dəvəti çoxdan gözlənilirdi. Yaxşı ki, yığmanın məşqçilər korpusu vacib oyunlar öncəsi bunu etdi. Ancaq onu hələ yazda da yığmanın düşərgəsinə çağırmaq olardı”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiyanın tanınmışı futbol mütəxəssislərindən Andrey Sozin deyib. Onun fikrincə, Səmədov hazırda Rusiyanın ən yaxşı cinah yarımmüdafiəçisidir və yığmada oynamağa layiqdir:

“Yəqin ki, Advokat və köməkçiləri Səmədovu milliyə buranın ab-havasını görmək və uyğunlaşmaq üçün çağırdıqlarını deməyəcəklər. Çünki o, artıq püxtələşmiş ustadır və buna ehtiyacı yoxdur. “Dinamo”lu millidə oynamağa layiqdir. Çünki Səmədov bu gün ölkənin ən yaxşı cinah yarımmüdafiəçisidir. Böyük ehtimalla, Advokat da bunu başa düşüb və onu yığmaya cəlb edib”.

Son xəbərlər