Dik Advokat: “Səmədovu milliyə çağırmağımda bunun da təsiri var”

Dik Advokat: “Səmədovu milliyə çağırmağımda bunun da təsiri var”
XƏBƏR 23 Sentyabr 2011 / 15:57 2351
-  A +

“Düşünməyin ki, mən Səmədovu ictimaiyyətin təzyiqinə görə milliyə dəvət etdim. O, öz oyunu ilə buna layiq olduğunu göstərdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya mətbuatına açıqlamasında Rusiya yığmasının baş məşqçisi Dik Advokat deyib. Holland mütəxəssis Səmədova dəvət göndərməsində Torbinskinin zədələnməsinin də təsiri olduğunu bildirib:

“Digər tərəfdən unutmayın ki, həmin mövqedə çıxış edən Torbinski zədəlidir. Səmədovu millinin düşərgəsinə çağırmağımda bunun da təsiri var. Ancaq bu, əsas səbəb deyil. Futbolçu çempionat oyunlarında özünü yaxşı tərəfdən göstərə bildi. İnanıram ki, o, millinin düşərgəsində də çax çalışacaq və komandamıza kömək edəcək”.

Advokat futbolçunu seçmə mərhələnin qarşıdakı iki oyununda meydana buraxıb-buraxmayacağına isə belə aydınlıq gətirib: “Bunu mən sizə deyə bilmərəm. Hər şey ola bilər”.

Son xəbərlər