“Fənər”li futbolçudan Əziz Yıldırıma qeyri-adi jest
Türkiyə millisi və “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəlin saqqalını uzatmağının səbəbləri müəyyənləşib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, təcrübəli qolkiperin Əziz Yıldırım həbsxanadan çıxana qədər üzünü qırxmayacağı məlum olub.
Qeyd edək ki, “Fənər”li futbolçular arasında Volkanın prezidentlərinə simpatityası daha böyükdür. Hər açıqlamasında Yıldırıma olan hörmət və sevgisini dilə gətirən qapıçı bu dəfə isə qeyri-adi jestlə diqqət çəkib. O, Yıldırım həbsxanadan çıxmayınca, saqqalını uzadacağını bildirib.