Rəşad Sadiqov: “Bu, bizə yaraşan yer deyil”

XƏBƏR 23 Sentyabr 2011 / 12:55 1652
-  A +

“Turnir cədvəlində vəziyyətimiz yaxşı deyil. Hazırda 8-ci pillədə qərarlaşmışıq ki, bu da bizə yaraşan yer deyil”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov klubun rəsmi saytına açıqlamasında deyib. Sadiqov AZAL-la görüşə adi qaydada hazırlaşıdqlarını desə də, bu komandadan ehtiyatlandıqlarını da gizlətməyib:

“Bütün oyunlarda olduğu kimi, AZAL-la görüşə də qələbə üçün çıxacağıq Amma “təyyarəçilər”lə oyuna adi oyun kimi hazırlaşırıq. Əlavə gərginlik bizə çətinlik yarada bilər. AZAL yaxşı müdafiə olunma qabiliyyətinə malikdir. Oyunları alınanda, qarşısıalınmaz olurlar. Öz meydanları olduğu üçün onlar da qələbə üçün vuraşacaqlar. Belə də maraqlı oyun olacaq”.

Təcrübəli yarımmüdafiəçi oyunun süni meydançada keçirilməsinə də münasibət bildirib: “Görüşün süni ot örtüklü meydançada olmasının həm yaxşı, həm də mənfi tərəfi var. Meydança ağır olsa da, düz olduğuna görə topla hərəkət etmək daha əlverişli olar”.

Ötən mövsüm AZAL-ın “Qarabağ”ı gümüş medallardan məhrum etməsini un utduqlarını söyləyən Sadiqov yalnız öz oyunlarını düşündüklərini bildirib:

“Ötən mövsüm AZAL-ın 2-ciliyi əlimizdən almasını unutmuşuq. Daha dəqiqi, bu haqda fikirləşmək bizə fayda verməyəcək. Ona görə də sadəcə öz oyunumuza köklənməyə çalşırıq”.

Milli komandamızın da formasını geyən futbolçu cari mövsümdə “Qarabağ”ın qarşısına qoyulan hədəflərdən də danışıb:

“Əsas hədəfimiz uğursuzluq zolağından çıxmaqdır. Bilirik ki, ardıcıl 2 qələbə bizi yenidən zirvə üçün vuruşmağa şərait yaradacaq. Bizim problemimiz hər halda ümumi yorğunluqla bağlıdır. Düzdü, bu bir qədər təkrarçılıqdı. Amma həqiqətən də 3 il istirahət etmədən oynamaq öz sözünü deyir. Ona görə də bizdə enişin zaman-zaman müşayət olunması normaldır.

Amma bu mövsüm hədəfimiz daha yuxarıda qərarlaşmaq olduğuna görə daha artıq fədakarlıq etməliyik. AZAL hər nə qədər çətin rəqib olsa da, öz sözümüzü deməliyik.`

Son xəbərlər