AFFA UEFA-dan 100 min avro alacaq

AFFA UEFA-dan 100 min avro alacaq
XƏBƏR 23 Sentyabr 2011 / 12:44 1691
-  A +

Sentyabrın 22-də Kiprin Limassol şəhərində UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, Azərbaycan  Bolqarıstan, Xorvatiya və San Marino ilə birlikdə hakimlərin təhsilinin artırılması Konvensiyasına qəbul edilib.

2012-2013 mövsümündən başlayacaq və 2015-2016 mövsümündə yekunlaşacaq konvensiyanın müddəti 4 ili əhatə edir.

Qeyd edək ki, konvensiyaya qoşulma zamanı hər federasiya 100 min avro alır. Bundan başqa, hakimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün nəzərdə tutulan müddət ərzində hər il federasiyaların hesabına daha 100 min avro keçiriləcək.

Son xəbərlər