“Rəqibə hörmətlə yanaşırıq. Ümumiyyətlə, bütün rəqiblərə hörmətlə yanaşırıq. Bizim üçün fərqi yoxdur, “Qəbələ”, “Qarabağ”, “Neftçi” yaxud, “Turan”, “Sumqayıt Şəhər”. Bütün oyunlara eyni məsuliyyətlə hazırlaşırıq”.
Bu sözləri bu gün Lənkəranda “Qəbələ”ni qəbul edəcək “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Alim Qurbanov oyun öncəsi Qol.Az-a açıqlamasında bildirib.
“Biz “Qəbələ”yə də yuxarıdan aşağı baxmırıq. Onların iştirakı ilə olan oyunun diskini izləmişik. Baş məşqçimiz də lazım olan taktiki göstərişləri verib və məşqlərdə bunu icra eləmişik. İnanıram ki, bu oyunda da qalib gələrək, zirvədəki yerimizi bir qədər də möhkəmləndirəcəyik” – deyə o bildirib.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil