"İnter"in gənc futbolçusu Şəhriyar Rəhimov AZAL-la keçirilən görüş barədə danışıb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən Şəhriyar Premyer Liqanın 7-ci turu çərçivəsində "Kəpəz"lə keçiriləcək oyuna da toxunub:
- Premyer Liqanın 6-cı turda komandamız AZAL-la qarşılaşdı. Bu görüş barədə sənin fikirlərini öyrənmək istərdik...
- Bu görüş bizim üçün çox çətin alındı. AZAL-la oyun bizim üçün çox vacib qarşılaşma idi. Birinci hissədə biz çox gözəl oyun sərgilədik və bir neçə qol epizodu yarada bildik, lakin çox təəssüf ki, bu epizodlardan istifadə edə bilmədik. İkinci hissəyə komandamız çox uğursuz başladı, bunun nəticəsində rəqib qol vurdu. Amma sonra təşəbbüsü ələ almağı bacardıq və hesabı bərabərləşdirməyə nail olduq.
- Növbəti turda "İnter"i "Kəpəz"lə çətin oyun gözləyir. Bu görüş barədə nə deyə bilərdin?
- Bu görüşə ancaq qələbə əzmiylə çıxacağıq. Qeyd etmək istərdim ki, bu turda əsas rəqiblərimiz və çempionluğa əsas namizədlər öz aralarında qarşılaşırlar. Biz də "Kəpəz"i məğlub edərək həm xal ehtiyyatımızı yüksəltmək, həm mövqemizi yaxşılaşdırmaq, həm də liderlərə yaxınlaşmaq istəyirik.
- Bilmək istərdik,komanda bu qarşılaşmaya necə hazırlaşır?
- Hər zaman olduğu kimi, yaxşı hazırlaşırıq. Məşq edirik və məşqçinin tapşırıqlarını yerinə yetiririk. İnşallah oyuna hazır çıxacağıq.
- Uğursuz startdan sonra komandanız tədricən özünə gəlməkdədir. Sənin fikirincə, gələn oyunlarda "İnter" bundan da yaxşı oyun sərgiləyə biləcəkmi?
- Əlbəttə. Biz irəlidə daha yaxşı oynaya bilərik, ona görə ki, futbolçular bir yerdə nə qədər çox oyun keçirərlərsə, o qədər də onlar arasında olan anlayış artır. Gələcəkdə biz daha məzmunlu və daha gözəl futbol sərgiləyə bilərik.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı