Millimizin növbəti rəqibi Kipr seçməsi oldu
Milli komandamızın 2011-ci ildə yoldaşlıq oyunu keçirəcəyi daha bir yığmanın adına aydınlıq gəlib.
Qol.Az-ın məlumatına görə, millimiz Albaniya seçməsi ilə yoxlama matçından sonra Kipr kollektivi ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, millimiz hər iki görüşü noyabr ayında səfərdə keçirəcək. Komandamızın albanlarla ayın 11-də, Kipr seçməsi ilə isə 15-də qarşılaşacaq.
Bununla bağlı rəsmi qərar yaxın günlərdə veriləcək.