Rəşad Abdullayev: “Bütün fikrimizi "Bakı" ilə görüşə cəmləmişik”
"Qəbələ" ilə oyunda layiqli qələbə qazandıq. Artıq bütün fikirlərimizi "Bakı" ilə görüşə cəmləmişik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib. Növbəti turda “Bakı” ilə keçirəcəkləri oyunun əhəmiyyətindən danışan təcrübəli futbolçu meydançaya qələbə üçün çıxacaqlarını bildirib:
“Bu matç komandaların turnir cədvəlindəki mövqeləri baxımından da əhəmiyyətlidir. Həm də bu, paytaxt derbisi sayılır. "Bakı" ilə qarşılaşmada 3 xal əldə etmək çox vacibdir. Çalışıb qələbə qazanacağıq ki, azarkeşlərin qarşısında özümüzü doğruldaq”.