“Xəzər Lənkəran” klubu Premyer Liqanın VI turunda “Qarabağ”la görüş zamanı kobud oynadığı üçün ikinci sarı vərəqədən sonra meydançanı tərk edərək, komandanı çətin vəziyyətdə qoyan futbolçusu Elnur Allahverdiyevin məsələsinə baxıb.
Lənkəran təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirovun Lent.az-a verdiyi məlumata görə, Allahverdiyev ilk sarı vərəqəni aldığı epizodda Ağdam komandasının hücumçusu Rauf Əliyevə qarşı sərt oyunu qarşılığında heç bir cəriməyə məruz qalmayacaq.
Nadirovun fikrincə, həm azarkeşlər, həm də bəzi mətbuat işçiləri tərəfindən Allahverdiyevə qarşı kampaniya aparılır. Məqsəd müdafiəçini pisikdirməkdən ibarətdir: “Elnura 1 qəpik də cərimə tətbiq etmədik. Çünki bu, həm azarkeşlər, həm də bəzi mətbuat işçiləri tərəfindən Allahverdiyevə qarşı bir kampaniya idi. Məqsəd onu pisikdirməkdən ibarətdir. Vəssalam! Başqa məqsəd yoxdur. Elnur bizim futbolçudur. Oyun epizodunda belə alınıb. Əvvəllər bizim futbolçularımızın qolunu da sındırıblar, başını da yarıblar. O zaman oyunçularımızı vuran rəqib komandanın futbolçularını xalq düşməni elan etməli idik?”
“Xəzər Lənkəran” rəsmisi hesab edir ki, bu məsələni çox şişirtmək lazım deyil: “Deyəsən, bu, müəyyən şəxslərə sərf edir. Həmin görüşdə həm “Qarabağ”ın, həm də “Xəzər Lənkəran”ın futbolçuları sərt oynayırdılar. Elnur heç nədən kiməsə kəllə atmayıb, kimisə təpikləməyib. Allahverdiyev oyun epizodunda topa girib. Bunu kimsə şişirdərək, “Qəsdən vurdu, şikəst etdi” deyirsə, yanılır. Əgər Elnur Allahverdiyev şikəst etmişdisə, niyə Rauf Əliyev sonadək oyunu davam etdirirdi?”
Qeyd edək ki, Azərbaycan milli komandasında da çıxış edən Rauf Əliyevin “Xəzər Lənkəran”la qarşılaşmada aldığı zədə üzündən 6 həftəyədək sıradan çıxdığı açıqlanıb. Bu isə gənc hücumçunun oktyabrın 7-də Avstriya, oktyabrın 11-də isə Türkiyə ilə 2012-ci il Avropa çempionatının seçmə qrup matçlarında yığmamıza kömək edə bilməyəcəyi deməkdir.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı