Bundesliqada növbəti istefa

Bundesliqada növbəti istefa
XƏBƏR 22 Sentyabr 2011 / 14:10 1448
-  A +

Almaniya çempionatının son turundan sonra daha bir baş məşqçi vəzifəsindən istefa verib.

Qol.Az-ın məlumatına görə, “Şalke” klubunun çalışdırıcısı Ralf Rangnik öz istəyilə komandadan ayrılıb.

Ancaq bu istefa təcrübəli mütəxəssisin başçılıq etdiyi komandanın zəif çıxışı ilə bağlı olmayıb. Rangnikin Gelzenkirhen klubu ilə yollarını ayırmasına onun səhhətində yaranmış problemlər səbəb olub.

Xatırladaq ki, bu, Bundesliqada cari mövsümdəki ikinci istefadır. Bundan əvvəl “Hamburq” rəhbərliyi komandanın çalışdırıcısı Mixael Enninqi vəzifəsindən kənarlaşdırmışdı.

 


Son xəbərlər