"Əl-Vasl" klubunun baş məşqçisi Dieqo Armando Maradona Nikolya Anelkanın onun komandasına keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, Maradona Anelka ilə maraqlanmadıqlarını və futbolçunun "Əl Vasl"a keçidinin imkansız olduğunu açıqlayıb:
"Bu xəbəri eşitdikdə çox təəccübləndim. Çünki Anelka ilə heç bir danışığımız olmayıb. Təbii ki, onun kimi bir futbolçunun gəlib komandamda oynamasını çox istərdim.
Ancaq Anelkanın "Çelsi"də aldığı maaşı burada alması imkansızdır. Üstəlik Anelka "Çelsi" üçün çox önəmli bir futbolçudur və "zadəganlar"ın onu buraxacaqlarına inanmıram".