"Neftçi" mühüm oyunöncəsi son məşqinə çıxacaq
"Neftçi" çempionatın VII turunda qarşılaşacağı "Bakı" klubu ilə oyunun hazırlığını davam etdirir. Qol.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda üzvləri bu gün oyunöncəsi son məşqinə çıxacaq. “Ağ-qaralar” oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda hazırlıq keçəcək. Məşq prosesi saat 16:30-da start götürəcək.
Qeyd edək ki, sentyabrın 23-də keçiriləcək "Neftçi" - "Bakı" oyunu saat 18:00-da başlanacaq.