Azərbaycanlı azarkeşlər Cavadova dəstək oldular
Rusiya kubokunun 1/8 final mərhələsində baş tutan “Spartak” (Moskva) – “Volqa” oyununu azərbaycanlı azarkeşlər də izləyiblər.
Qol.Az-ın Nijni-Novqorod klubunun rəsmi saytına istinadən yaydığı məlumata görə, həmyerlilərimiz millimizin hücumçusu Vaqif Cavadovun çıxış etdiyi “Volqa”ya azarkeşlik ediblər.
Qeyd edək ki, “Lujniki” stadionunda keçirilən görüşün əsas hissəsi heç-heçə (1:1) başa çatdığından qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələrinə keçilib. Penaltilər seriyasında isə daha dəqiq oynayan “Volqa” klubu adını ¼ final mərhələsinə yazdırıb.