Yığmamızın oyunlarına bütün təyinatlar açıqlandı
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçiriləcək IX qrupunun oyunlarına bütün təyinatlar yenə açıqlanıb.
Qol.Az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, seçmə mərhələnin oyunlarında 4 müxtəlif ölkədən olan referilər idarəçilik edəcək.
Matçlara təyinat almış hakimləri, UEFA nümayəndəsini və hakim-inspektoru diqqətinizə çatdırırıq:
Referilər:
Berta Mariya Korreya Tavareş Teyşeyra (Portuqaliya)
Kamena Georgiyeva (Bolqarıstan)
Marianna Svendsen (Danimarka)
Referi köməkçiləri:
Matilda Abildqaard (Danimarka)
Yekaterina Marinova (Bolqarıstan)
Olqa Marisa Martins De Almeyda (Portuqaliya)
Dördüncü hakim: Səbayel Qurbanova (Azərbaycan)
UEFA nümayəndəsi: Vayva Zizayte (Litva)
Hakim-inspektor: Nadejda Ulyanovskaya (Rusiya)