Millimiz böyükhesablı qələbə qazandı
Almaniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, «Kickers Offenbach» klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.
Qolları Sadiq Quliyev, Ramin Şirinov və Elvin Bədəlov vurub.