“Real”ın portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldo sevgilisi İrina Şeyklə evlənməyə hazırlaşır.
Qol.Az-ın məlumatına görə, ulduz futbolçu gözəl xanıma Avro-2012-dən sonra onunla evlənəcəyinə dair söz verib.
Xatırladaq ki, cütlük təxminən il yarım əvvəl reklam çəkilişləri zamanı tanış olublar. Bundan sonra tez-tez bir yerdə olan sevgililərin toy məclisi Portuqaliyada, daha dəqiq desək, Portu Santu adasında baş tutacaq.
Portuqaliya mətbuatının yazdığına görə, bu, ölkədə bu günə qədər keçirilən ən səs-küylü toylardan biri ilacaq.