Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neftçi” və “Xəzər Lənkəran” arasında Superkubok oyununun yeri və nə vaxt keçiriləcəyinə aydınlıq gətirib.
R.Musayev Qol.Az-ın müxbiri ilə söhbətində görüşü noyabr ayında keçirmək istədiklərini bildirib. PFL prezidenti əvvəlcə Superkubok oyunun vaxtının ləngiməsinin səbəblərini açıqlayıb: “Oyunun hansı günə təyin olunması və stadion problemi ilə əlaqədar, Superkubok oyunun keçirilməsi gecikir. Qarşılaşmanı noyabrda keçirmək fikrimiz var. Amma gərək klubların razılığı olsun”.
PFL prezidentinin sözlərinə görə, qarşılaşmanın hansı stadionda keçirilməsinə isə hələlik qərar verilməyib. Ancaq matçın daha çox “Dalğa Arena”da keçirilməsi gündəmdədir: “Oyunu Gəncədə keçirmək istəyirdik. Ancaq şəhər stadionunun durumu azarkeş tutumuna imkan vermir. Lənkərana getməyi daha çox istəyərik. Ancaq gərək “Neftçi” buna razılıq versin. Bakıda da keçiriləsi olsa, “Xəzər Lənkəran”ın razılığı olmalıdır. Yalnız bir variant qalır: Superkubok oyununu “Dalğa Arena”da keçirmək. Lakin həmin stadionun da örtüyü süni olduğundan, bir qədər tərəddüd edirik. Bilirsiniz, problemlər çoxdur. Təqvimin sıx olması da bizi narahet edir. Amma görüş Bakıda keçiriləsi olsa, yəqin ki, “Dalğa Arena”da olacaq”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video