Çempionatın mükafatlandırılma mərasimi noyabr ayında baş tutacaq.
Bu barədə Qol.Az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Musayevin sözlərinə görə, ötən mövsüm Premyer Liqada və birinci divizionda ilk 3 yeri tutan komandaların mükafatlandırılması noyabr ayının əvvələrinə nəzərdə tutulub.