"Boks üzrə Rusiya və Ermənistan milli komandaları Bakıda keçiriləcək dünya çempionatı müddətində digər komandalardan aralıda – şəhər kənarındakı xüsusi qorunan idman bazasında qalacaqlar".
Lent.az-ın məlumatına görə, bu sözləri Rusiya Boks Federasiyasının icraçı direktoru Yevgeni Sudakov “Ves Sport” agentliyinə açıqlamasında deyib.
Sudakov bildirib ki, Azərbaycan Boks Federasiyası (ABF) rəhbərliyi ilə əldə olunan müvafiq razılaşma məlum səbəblərdən irəli gəlir: “Bu, siyasi xarakterli qərardır. Bizim komandanın heyətində 2 erməni soyadlı boksçu – David Ayrapetyan və Mişa Aloyan var. Hərçənd, ermənilər və azərbaycanlılar arasındakı açıq etnosiyasi münaqişə artıq geridə qalıb, amma hər halda biz sığortalanmağı qərara aldıq”.
Öz növbəsində, ABF-in I vitse-prezidenti Ağacan Abiyev Lent.az-a açıqlamasında bu məlumatı təsdiqləyib. O bildirib ki, Ermənistan və Rusiya yığmaları “Sərhədçi” İdman Olimpiya Mərkəzində qalacaqlar: "Sərhədçi”də hər cür şərait var. Yeməkləri, qalmaqları, məşqləri elə oradadır. Bir çox ölkənin nümayəndə heyəti bu idman qurğusunu istəyirdi. Lakin biz təhlükəsizliyi göz önünə alaraq, orada yalnız Rusiya və Ermənistan yığmalarının qalmalarına icazə verdik".
Həm Ermənistan, həm də Rusiya yığmaları Azərbaycan paytaxtına sentyabrın 23-də gələcəklər. 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı sentyabrın 26-da start götürəcək. Yarış oktyabrın 8-dək davam edəcək.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video