Sentyabrın 26-da Bakıda kişi boksçular arasında start götürəcək 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Yığmamızın köməkçi-məşqçisi Nəriman Abdullayevin verdiyi məlumata görə, ölkəmiz 10 mümkün çəki dərəcəsinin 9-da təmsil olunacaq.
Oktyabrın 8-dək davam edəcək çempionatda 2 Avropa çempionumuz – Salman Əlizadə (49 kq) və Teymur Məmmədov (91 kq), qitə çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə (52 kq), bürünc mükafatçı Heybətulla Hacıəliyev (64 kq), eləcə də Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Emil Əhmədov (69 kq), Ramil Əliyev (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) mübarizə aparacaq. Daha bir boksçumuz Soltan Migitinov (75 kq) WSB (Ümumdünya Boks Seriyası) Liqasından olimpiadaya vəsiqəni təmin edib.
Yığmamız dünya çempionatı öncəsi Rusiyanın Çexov şəhərində təlim-məşq toplantısında olub. Abdullayev Rusiya millisi ilə birgə hazırlıq prosesindən razı qaldıqlarını bildirib. Onun fikrincə, bütün boksçularımız London olimpiadasına lisenziya qazanmağa qadirdirlər.
Qeyd edək ki, dünya çempionatında 10 çəki dərəcəsindən ilk 8-də (49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq) 1 – 10-cu yerləri, ağır çəkilərdə (91 kq və +91 kq) isə 1 – 6-cı yerləri tutanlar 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Mənbə: lent.az
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video