“Xəzər Lənkəran” özünün möhtəşəm məğlubiyyətsiz oyunlar seriyasını Premyer Liqanın 6-cı turunda da davam etdirdi. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edən Mirça Rednikin yetirmələri artıq 15 oyundu ölkə çempionatında məğlubedilməzdi.
Sonuncu dəfə ötən mövsümün 23-cü turunda, “altılığ”ın martın 13-dəki ilk matçında səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” mövsümün son 9 qarşılaşmasında 2 qələbə qazanıb 7 heç-heçə etməklə məğlubedilməzə çevrilib. Komanda cari mövsümün ilk 6 matçında 5 qələbə qazanıb 1 heç-heçə etməklə seriyanı 15 matça çatdırıb. Məğlubiyyətsiz 15 oyunda lənkəranlı futbolçular 7 qələbə qazanaraq, 8 heç-heçə edib və 21 top vurduğu halda cəmi 8-ni buraxıb.
Bu, Lənkəran təmsilçisinin tarixində çempionatlardakı 3-cü nəticənin təkrarıdı. Hesabında 1 dəfə 21, 1 dəfə 19 oyunluq məğlubiyyətsiz seriyası olan “Xəzər Lənkəran” 2004/05 və 2009/10 mövsümlərində də 15 oyun uduzmamışdı. Həmin son 2 nəticəni təkrarlayan komanda indi rekordları arxada qoymağı hədəfləyib.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın rekordu 2007-ci ildə gerçəkləşib. 2006/07 mövsümünün fevralın 16-dakı 15-ci tur oyununda Bakıda “Neftçi”yə 0:1 hesabı ilə uduzan komanda 2007/08 mövsümünün 11-ci turunun noyabrın 10-da “Neftçi”yə bu dəfə Lənkəranda 0:1 hesabı ilə uduzub. Bu 2 məğlubiyyət arasında isə 21 çempionat oyununda “Xəzər Lənkəran”ı udan tapılmayıb.
19 oyunluq seriya da Lənkəranda “Neftçi”yə 0:1 hesabı ilə uduzmaqla başlayıb. Bu, 2005/06 mövsümünün 13-cü turunda, 2005-ci il dekabrın 12-də yaşanıb. "Xəzər Lənkəran" 2006/07 mövsümündə 8-ci turun 2006-cı il oktyabrın 22-də isə səfərdə “Karvan”a uduzub. Bu 2 yenilgi 19 oyun məğlubiyyətsizliyi əhatə edir.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video