Vaqif Cavadov məşqçisiz qalacaq
Rusiyanın “Volqa” klubunun köməkçi məşqçilərindən Sergey Peredni iş yerini dəyişmək qərarına gəlib.
Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, milli komandamızın hücumçusu Vaqif Cavadovun da çıxış etdiyi Nijni-Novqorod təmsilçisinin çalışdırıcısı karyerasını “Tom” klubunda davam etdirəcək.
Tərəflər dünən bir araya gələrək, məsələni geniş müzakiər ediblər. Peredni özü də ölkə mətbuatına verdiyi açıqlamada “Tom” klubuna keçəcəyini təsdiqləyib. O, qarşı tərəfin təklifini qəbul etdiyini bildirib.