Yığmamızın oyunları canlı yayımda
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimizin keçirəcəyi oyunlar canlı yayımlanacaq.
Qol.Az-ın məlumatına görə, azarkeşlər oktyabrın 6-da keçiriləcək Azərbaycan – Norveç və oktyabrın 10-da keçiriləcək Azərbaycan – Belçika oyunu İdman Azərbaycan kanalı vasitəsilə canlı izləyə biləcəklər.
«Dalğa Arena»da keçiriləcək hər iki qarşılaşma saat 18:00-da başlayacaq.