Azərbaycan sovet futbolunun nisbətən gənc nəslinin nümayəndələri arasında Arif Əsədov xüsusi yer tutur. Qol.Az-ın məlumatına görə, 41 yaşlı keçmiş müdafiəçi yeniyetmələr arasında dünya, gənclər arasında Avropa çempionu olub. Sumqayıt futbol məktəbinin yetirməsinin məşqçi fəaliyyəti də alqışa layiqdir.
Məşqçiliyə U-19 Azərbaycan millisindən başlayan Əsədov komandaya yaradılmasından 19 il sonra ilk mərhələni aşmaq sevinci yaşadıb. Şahin Diniyev “Gəncə”yə başçılıq etdiyi dönəmdə isə təcrübəli futbolçunu ikinci məşqçi kimi sınaqdan keçirib. Azərbaycan Premyer Liqasında debüt ilində isə “Neftçi”ni çempion edib. Bundan bir il əvvəl isə sözügedən komandanın əvəzedicilərinə eyni uğuru qazandıran məşqçi, özünün söylədiyi kimi, həmişə qarşısına böyük hədəflər qoyur.
Təməl güclü olmalıdır
Futbolçu yetişdirmək ev tikmək kimi bir şeydir. Hər şey təməldən asılıdır. Təməl güclü olmalıdır. Mənim bu baxımdan bəxtim gətirib. Uşaqlığım Sumqayıtta keçib. Uşaqlıqdan məhəllədə 4-cü sinifdən isə Uşaq və yeniyetmələr üçün idman məktəbinə futbola getmişəm.
Futbola gəlişim belə baş verib: Orta məktəbdə Bədən tərbiyəsi dərsində futbol oynayanda məşqçi Telman Salahov bizi kənardan izləməyə gəlmişdi. Zəng vurulanda mənə yaxınlaşıb futbola gəlməyi təklif etdi. Evə gəlib bu xəbəri atama deyəndə evdəkilərin xoşuna gəlmədi. Mən dərslərimi çox yaxşı oxuyurdum. Onlar məni başqa sahədə görmək istəyirdilər. Böyük qardaşımın dəstəyi ilə evdəkilər fikrindən daşındı və mən futbola getməyə başladım. Həftədə üç dəfə idman məktəbində məşqə gedirdim. Bu kifayət etmədiyi üçün Telman Salahov məni Bakıya Gənclər İdman İnternat Məktəbinin məşqçisi Böyükağa Ağayevin yanına göndərdi. 6-cı sinifdə oxuyurdum. Məktəbə qəbul edildim.
Burada gündə iki dəfə məşqlər edirdim və perspektiv daha yaxşı idi. Böyükağa Ağayevin rəhbərliyi altında bir sıra yarışlarda iştirak etmişəm. 1985-ci ildə Krasnadarda və Vladiqafqazda yarışlarda olduq. Hənin il, 15 yaşlılar arasında Azərbaycan millisinə dəvət edildim. Millinin heyətində yarışların birində SSRİ –nin 17 yaşlılardan ibarət millisinin baş məşqçisi Aleksandr Piskaryov oyunları izləyirdi. Mən, Vladislav Qədirov və Ruslan Lukini milli komandaya dəvət etdi. Onda bizim 15 yaşımız vardı. İki il sonra Dünya və Avropa çempionatına hazırlıq məqsədi ilə milliyə erkən cəlb edildik. Bunu bilən “Neftçi” rəhbərliyi məni əvəzedici komandaya götürdü. 17 yaşımda SSRİ yüksək dəstəsində oynamış ən gənc “Neftçi”lilərdən biriyəm. Bu komandanın həyatımda silinməz izləri var. “Neftçi”də həm futbolçu kimi, həm də məşqçi kimi çempion olmuşam.
Dünya və Avropa çempionu!
Bu titul çox az futbolçulara nəsib olur. Belə bir uğur qazandığım üçün indi də fəxr edirəm.
1987-ci ildə, Kanadada təşkil edilən Yeniyetmələr arasında dünya çempionatının qalibi oldum. Finalda Nigeriyanı məğlub etdik. Bu SSRİ tarixində ilk və son nailiyyət olub. Çox sevinirəm ki, mənim də bu uğurda payım var. Əfsanəvi futbolçu Pele də həmin oyuna baxırdı. Bizi təbrik edəndən sonra onunla xatirə şəkli də çəkdirdim. Həmin il bir yaş böyüklərlə birgə Avropa çempionatının da qalibi oldum. Bu dəfə məşqçim Boris İqnatyev idi. SSRİ –nın dağılması nəticəsində olimpiya yığıması da ləğv olundu. Ondan sonra Azərbaycan milli komandasında çıxış etdim.
Uşaq futbolu
Azərbaycan futbolunun gələcəyi uşaq futbolundadır. Bu gün ancaq əsas komandasına diqqət yetirən klubların aqibəti “Şəmkir”, “Kəpəz” və ya “MKT Araz” kimi olacaq. Bu gün “Bakı”, “Qəbələ”, “İnter” və “Neftçi”nin fərqləndirmək olar. Bu klubların arasında “Bakı” daha ciddi işlər görür. Bu gün bu komandanın premyer liqada və birinci divizyonda bir çox futbolçusu çıxış edir. Klubun gələcəyi üçün bu çox önəmli faktordur.
Futbolçu olmaq istəyən yeniyetmələrə bir neçə məsləhətim var: Futbolçu ömrü qısa olur. On il uzağı on beş il. Bu vaxtdan səmərəli istifadə etmək lazımdır. Futbolçu olmaq – işinə ciddi yanaşmaq, düzgün qidalanmaq, məşqçinin tələblərinə uyğunlaşmaq, öz üzərində işləməkdir. Azərbaycanlı futbolçuların əsas problemi qeyri- peşəkarlıqdır. Pul, ev, maşın fikirləşib yerlərində saymasınlar. Daha geniş düşüncəli olsunlar. Futbolçu qarşılarına böyük məqsədlər qoymalıdır. Futbolda iz qoymaq lazımdır ki, geriyə baxanda utanmayasan.
“Bakı”
1997-ci ildə “Dinamo” yaradılarkən heyətdə mən də olmuşam. Bu klubda 10 oyun keçirmişəm. Çempionatın ilk dövrəsindən sonra Rusiyaya getdim. “Bakı” həm də övladlarımın sevimli klubudur. Mən “Neftçi”də işlədiyim vaxtlarda övladlarımı “Bakı” klubuna vermişəm. Ortancıl və kiçik oğlum bu klubun futbolçusudur.
Mənbə: "Bakı" klubunun rəsmi saytı
Ötən il əfsanəvi futbolçulardan kimlər karyerasını bitirdi?
Yığma qalib gəlsə, böyük məbləğdə pul mükafatı alacaqlar
"Barselona" misirli futbolçunu transfer edir?
"Mançester Yunayted" Matetaya göz dikdi
"Onlar güclü rəqiblərə qarşı matçlarda büdrəyirlər"
"Aston Villa" braziliyalı hücumçunu transfer etdi
Zədələndiyi üçün transfer siyahısından çıxarıldı
Mareskanın yerinə əsas namizəd odur
"Borrusiya"dan "Braytona" keçir
"Qalatasaray"ın müraciəti rədd edildi
Obameyanq qovuldu, yığmanın məşqçiləri istefaya göndərildi
Slot: "Frimponqu sürətinə görə aldıq"
"Çelsi" Mareskanı göndərdi - Rəsmi
"Real" Vinisiusla danışıqları bərpa edir
Dünyanın ən bahalı yarımmüdafiəçiləri
Modriç: "Ofisiant olmaq istərdim"
“Şaxta Babaya inanırdım” - Yuri Vernidub
Tanınmış məşqçidə xərçəng aşkarlandı
Misli Premyer Liqası: İlk yarının təhlili
FIDE 2026-cı ilin ilk reytinqini açıqladı
"Real" onunla müqaviləni uzadacaq
"Zirə"nin legioneri bu dəfə ehtiyatda qaldı
"Mən səni çox sevirəm"
Neymarla yeni müqavilə imzalandı
“Çelsi” bu gün Mareska ilə yolları ayıra bilər
Afrika Millətlər Kubokunda 1/8 finalın bütün cütlükləri
Mbappenin durumu müəyyənləşdi
FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır
Roberto Karlos ürəyindən əməliyyat olundu
“Fənərbaxça”da yeni prezident seçkisi
40 yaşlı futbolçu "uzunömürlülük" sirrini açıqladı
"Yuventus"un futblçusunun "Cenoa" arzusu baş tutmadı
Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa hazırdır
"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir
Sabiq futbolçuya ərəblərdən təklif gəldi
Kurtua ayın ən yaxşısı seçildi
"Şamaxı"nın legioneri oynadı, komandası pley-offa yüksəldi
“Suallarımız cavabsız qalanda məyusluq oldu” - Video
Mbappe ÇL-in ən yaxşısıdır
Ronaldo 16 il sonra ilk dəfə...
"Mançester Yunayted" xal itrdi - Video
A seriyasında yeni qərar
"Arsenal"ın 4 qollu qələbəsi - Video
Seneqal Afrika Millətlər Kubokunun pley-offunda
Misli Premyer Liqasında 101 debüt
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər