Dünyanın ən məşhur televiziya futbol proqramı "Football Mundial"ın çəkiliş qrupu "Neftçi" klubunun bazasında olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, beynəlxalq futbol təşkilatı FİFA-nın rəsmi verilişi sayılan "Football Mundial"ın əməkdaşları Azərbaycanın ən köklü komandasına böyük maraq göstərib.
"Neftçi"nin prezidenti Sadıq Sadıqov verilişin nümayəndələri - baş direktor Riçard Milvey və operator Oliver Tomasla görüşüb. Klub rəhbəri dünyanın 100-dən çox ölkəsində yayımlanan veriliş üçün müsahibə verib.
Sadıq Sadıqov Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğıdan söhbət açıb, ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin beynəlxalq olimpiya hərəkatının inkişafındakı xidmətlərinin Beynəlxalq Olimpiya Komitəsinin və ümumdünya idman təşkilatlarının rəhbərləri tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyini xarici qonaqların diqqətinə çatdırıb.
Prezident İlham Əliyevin idmanın bütün növləri ilə yanaşı, futbola da xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib. İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarının Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi tərəfindən layiqincə yerinə yetirildiyini nəzərə çatdırıb.
Sadıq Sadıqov müsahibəsində həmçinin "Neftçi"nin Azərbaycanın ən köklü klubu olduğundan da söhbət açaraq, belə bir kluba rəhbərlik etməyin böyük şərəf olduğunu söyləyib. Klub rəhbəri komandanın qarşısına qoyulan əsas məqsədlərdən birinin UEFA Çempionlar Liqası və Avropa Liqası kimi mötəbər yarışların qrup mərhələsində oynamaq olduğunu deyib, həmçinin Azərbaycan futbolu haqda məlumatlar verib.
Qeyd edək ki, artıq bir neçə gündür Azərbaycanda səfərdə olan "Football Mundial"ın əməkdaşları "Neftçi" - "Qəbələ" oyunundan, eləcə də bir müddət əvvəl İngiltərənin "Everton" klubu ilə müqavilə bağlamış Araz Abdullayevin şəxsi həyatı, futbolçu karyerasından və komandanın bazada baş tutmuş məşq prosesindən reportaj hazırlayıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video