“Turan” rəsmisi futbolçuların məşqə çıxmadığını təsdiqlədi

“Turan” rəsmisi futbolçuların məşqə çıxmadığını təsdiqlədi
XƏBƏR 20 Sentyabr 2011 / 19:02 1841
-  A +

“Bütün klublarda maliyyə problemi olur. Düzdür, bizim komandada bu problem var. Amma rəhbərliklə əlaqə saxlamışıq. Məsələ 1-2 günə kimi öz həllini tapmalıdır. Həftə içi hər şeyə aydınlıq gələcək”.

Bu sözləri Qol.Az saytına açıqlamasında “Turan” klubunun icraçı direktoru Rasim Əliyev deyib. Komandadakı maliyyə böhranından danışan Əliyev bu problemin ilk dəfə baş vermədiyini bildirib:

“Sözün düzü, indiyə kimi maraqlanmamışam. Bu dəfə tam inanıram ki, problem həll olunacaq. Qarşıdakı oyuna kimi problem öz həllini tapacaq. Yəqin ki, belə davam etməz. Bu, bir qədər çətin məsələdir. “Turan”da maliyyə problemi birinci dəfə yaşanmır. Əgər nəzər yetirsəz, görərsiniz ki, 2006-cı ildən bu yana “Turan”da belə hallar çox vaxt olub. Bu da onun davamı kimidir. Amma həmişə də məsələ yoluna qoyulub”.

Klub rəsmisi futbolçuların maaşlarını ala bilmədikləri üçün səhər məşqinə çıxmadıqlarını da etiraf edib: “Səhər futbolçularımız məşqə çıxmaq istəməsələr də, günorta məşq etdilər. Problem yoluna qoyuldu”.

Son xəbərlər