Vengerin “Arsenal”dakı taleyinə aydınlıq gəldi
“Arsenal” rəhbərliyi ardıcıl uğursuzluqlardan sonra komandanın baş məşqçisi Arsen Vengerin gələcək taleyinə aydınlıq gətirib.
Qol.Az-ın məlumatına görə, London klubunun icraçı direktoru İvan Qazidis təcrübəli mütəxəssisi istefaya göndərməyə tələsmədiklərini bildirib. Qazidis fransız çalışdırıcını tənqid edənləri axmaq adlandırıb:
“Arsen Vengerlə yollarımızı ayırmağa tələsmirik. O, bir saatın içərisində pis məşqçi ola bilməz. Məncə, Vengeri tənqid edənlər axmaqdırlar”.
Qeyd edək ki, cari mövsümdə “Arsenal” İngiltərə Premyer Liqasında keçirdiyi 5 oyunda cəmi 4 xal toplaya bilib ki, bu da komandanın tarixi ərzində ən pis göstərici hesab olunur.