Ötən şənbə səfərdə AZAL-la heç-heçə (1:1) edən Bakının "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze növbəti gün futbolçularına istirahət verib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, birinci gündən etibarən isə “İnter” “Şəfa” stadionunda toplaşaraq ilk məşqini keçirib.
Bu gün komandanın 2 məşq keçirəcəyi planlaşdırılır. Səhər məşqində fiziki tapşırıqlar üzərində çalışan futbolçular axşam məşqində isə topla davranış tapşırıqlarını yerinə yetirəcəklər.