AFFA İntizam Komitəsi Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında çempionatın VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Qol.Az-ın məlumatıan görə, İK-in bugünkü iclasında aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun AZAL – “İnter” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Oyunun 85-ci dəqiqəsində “İnter”in futbolçusu Əbülfəz Hüseynli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub isə 1000 manat cərimə ödəyəcək.
Matçın 85-ci dəqiqəsində AZAL klubunun üzvü Elmir Məmmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 3 oyunluq cəza verilib. Komanda isə 1500 manat cərimə olunub.
Bundan başqa, “Rəvan” – “Sumqayıt Şəhər” matçında qonaq komandanın klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat pul cəzası alıb.
Oyunun 44-cü dəqiqəsində “Sumqayıt Şəhər” klubunun üzvü Eldar Məmmədovla “Rəvan”nın futbolçusu Ramil Nuriyevin aqressiv oyuna görə (rəqibə başla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanıb, klublar 2000 manat cərimə olunublar.
Matçın 70-ci dəqiqəsində “Sumqayıt Şəhər” klubunun baş məşqçisi Vaqif Paşayev texniki zonadan kənarlaşdırıldığına görə məşqçi 1 oyunluq cəza alıb. Klub isə 500 manat cərimə ödəyəcək.
Matçın protokolunda oyunun 87-ci dəqiqəsində “Sumqayıt Şəhər”in futbolçusu Samir Yusifovla “Rəvan”ın oyunçusu Muxtar İsmayılov aqressiv oyuna görə (rəqibə başla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması göstərilmişdir. Lakin matçın video yazısını izlədikdə, hər iki futbolçuya göstərilən qırmızı vərəqənin əsassız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də hər iki futbolçuya göstərilən vərəqə ləğv edilib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video