Fatih Terim: “Ardanın gedəcəyini bilsəydik...”
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Türkiyə mətbuatına maraqlı açıqlamalar verib.
Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis daha çox Arda Turanın komandadan ayrılmasına münasibət bildirib. Terim Ardanın nə vaxtsa gedəcəyini düşünmədiklərini bildirib:
“Onun komandadan ayrılacağını heç vaxt düşünməmişdik. Ona görə də gedişi bizim üçün sürpriz oldu”.
Yayda komandandan göndərilən futbolçulardan da danışan Terim Xulionu satdıqları üçün peşman olduqlarını dilə gətirib:
“Ardanın gedəcəyini bilsəydik, Xulionu satmazdıq. Çünki hazırda həmin mövqedə böyük boşluq var”.