“Çox çətin dövrü arxada qoyduğuma inanıram. Artıq komanda ilə birlikdə məşqlərə başlamışam. Futbolçu üçün ən çətin an onun futboldan uzaq qalmasıdır”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Sumqayıt Şəhər”in mövsümün əvvəlində “Neftçi”dən icarəyə götürdüyü Ruslan Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib. Artıq komanda ilə birgə məşqlərə başlayan gənc hücumçu qarşıdakı oyunda meydana çıxacağına inanır:
“Tez bir zamanda forma yığıb komandama kömək etmək istəyirəm. Növbəti turda “Simurq”la qarşılaşmaya qədər hazır olacağıma inanıram”.
Qeyd edək ki, Ruslan Qurbanov 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvüdür.