Milli komandada məşqçi dəyişikliyi

Milli komandada məşqçi dəyişikliyi
XƏBƏR 20 Sentyabr 2011 / 11:48 1668
-  A +

Bolqarıstan millisinin baş məşqçisi Lotar Matteus Bolqarıstan Futbol Federasiyasının qərarı ilə istefaya göndərilib.

Qol.Az-ın məlumatıan görə, bu barədə BFF prezidenti Borislav Mixaylov özü açıqlama verib.

Mixaylov istefaya təkcə son oyunlardakı pis nəticələrin deyil, almaniyalı mütəxəssisin rəhbərlik etdiyi dövrdə komanda daxilindəki gərginlik və neqativ halların səbəb olduğunu söyləyib.

Belə olan halda oktyabrın 11-də Uelslə keçiriləcək görüşə millini gənclərdən ibarət yığmanın baş məşqçisi Mixail Madanski hazırlayacaq. Lakin o, müvəqqətidir.

Yeni baş məşqçi postuna namizədlər isə “Liteks”in baş məşqçisi Lübo Penevlə “Çernomorets” (Burqas”) komandasının sabiq baş məşqçisi Krasimir Balakovdur.


Son xəbərlər