Millimiz almanlarla bu dəfə bacarmadı
Almaniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, yığmamız «FSV Frankfurt» klubunun U-17 komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Şirməhəmməd Məmmədov fərqlənib.