İtaliyanın "Fiorentina" klubu hücumçusu Alberto Cilardinyodan gələn bəd xəbərlə sarsılıb.
Qol.Az-ın məlumatına görə, 29 yaşlı futbolçu "Udineze" ilə oyunda zədələnərək sıradan çıxıb.
Rəqib qapıçı Samir Handanoviçlə toqquşan Cilardinyonun ən azı 5 həftə oynaya bilməyəcəyi bildirilir.
Qeyd edək ki, "Fiorentina" "Udineze"yə 0:2 hesabı ilə məğlub olmuşdu.