"Xəzər Lənkəran"ın azarkeşlərindən Adrian Pit və Mureşana xoş sürpriz

"Xəzər Lənkəran"ın azarkeşlərindən Adrian Pit və Mureşana xoş sürpriz
XƏBƏR 20 Sentyabr 2011 / 01:05 2372
-  A +

Premyer Liqanın 6-cı turunda səfərdə “Qarabağ” üzərində qazanılan qələbədən sonra “Xəzər Lənkəran”ın futbolçularına iki günlük istirahət verilib.
 
Qol.Az-ın "12cioyuncu" fan klubunun saytına istinadən verdiyi məlumata görə, yerli futbolçular hamılıqla evlərinə gedərək istirahət günlərində ailələrinin yanında olmağa üstünlük veriblər.
 
Legionerlərin isə əksəri vətəninə yollanmağa üstünlük verib. Amma bu istirahəti elə Lənkəranda keçirməyə qərar verənlər də olub. Belə ki, Adrian Pit və Andrey Mureşan “Qarabağ”la oyun bitəndən sonra Lənkrana qayıdıblar. “Palmali” şirkətlər qrupuna məxsus olan və  Lənkəranda yerləşən “Palmalife” istirahət mərkəzində nişanlısı ilə istirahət edən Pitə həmyerlisi Mureşan da qoşulub.
 
Bu arada bir qrup “Xəzər Lənkəran” azarkeşi də adı çəkilən rumın futbolçulara sürpriz etmək qərarına gəliblər. Azarkeşlər, futbolçuları çay süfrəsinə dəvət edərək, üzərində ağ-yaşıl rəngdə “Xəzər Lənkəran”ın loqosu çəkilmiş və xüsusi sifarişlə hazırlanmış böyük tortu onlara hədiyyə ediblər. Azarkeşlər tortu “Qarabağ”la  oyunda Pitin vurduğu möhtəşəm qola həsr etdiklərini də gizlətməyiblər.

Son xəbərlər