Əziz Yıldırım azadlığa çıxacağı tarixi açıqladı

Əziz Yıldırım azadlığa çıxacağı tarixi açıqladı
XƏBƏR 19 Sentyabr 2011 / 16:31 2151
-  A +

Oyun alqı-satqısında günahlandırılılan və bu səbəbdən də hazırda həbsxanada olan “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım növbəti dəfə verdiyi açıqlamalarla Türkiyə mətbuatının gündəminə düşüb.

Qol.Az-ın məlumatına görə, Yıldırım yanına gəlmiş ziyarətçilərə habsxanadan çıxacağı tarixi açıqlayıb. Tanınmış iş adamı təxminən mart ayında azadlığa buraxılacağını, mayda isə klub prezidentliyinə yeganə namizəd olacağını bildirib.

Yıldırım yalnız telefon danışıqlarının əsaslı dəlil olmayacağını düşündüyü üçün hadisələrin bu cür cərəyan edəcəyini əvvəlcədən söyləyib. Ona görə də Yıldırım klub prezidentliyindən istefa verməsini əsassız sayıb.

Son xəbərlər