Azərbaycan - İtaliya matçının vaxtı açıqlandı

Azərbaycan - İtaliya matçının vaxtı açıqlandı
XƏBƏR 19 Sentyabr 2011 / 15:09 1729
-  A +

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində yığmamızın mübarizə aparacağı 3-cü qrupda keçiriləcək oyunların başlanma vaxtı, stadionlar və qarşılaşmaları idarə edəcək hakimlər müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, yığmamız mübarizəyə oktyabrın 6-da qoşulacaq: 


6 oktyabr
Azərbaycan – İsveç
Falkenberq stadionu. Falkenberq (İsveç)
Hakim: Pavle Radovanoviç (Monteneqro). Saat 22:00
 
8 oktyabr
Rumıniya – Azərbaycan
Falkenberq stadionu. Falkenberq (İsveç)
Hakim: Mark Stiven Uitbi (Uels). Saat 18:00
 
11 oktyabr
Azərbaycan – İtaliya

Qlenninqe Park stadionu. Laholm (İsveç)
Hakim: Artur Soareş (Potuqaliya). Saat 18:00

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Daha çox


Son xəbərlər