Amit Quluzadənin oyunu yüksək qiymətləndirildi

Amit Quluzadənin oyunu yüksək qiymətləndirildi
XƏBƏR 19 Sentyabr 2011 / 14:13 1615
-  A +

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin "Kayseri Erciyespor" klubunun heyətində "Konyaspor"a qarşı keçirdiyi oyununa qiymət verilib.

Qol.Az-ın məlumatına görə, Türkiyə mətbuatı həmyerlimizin çıxışını yüksək qiymətləndirib.

Futbolçumuz həmin oyundakı çıxışına görə 7 bala layiq görülüb. Lakin 7 bal alan futbolçu təkcə Amit olmayıb. Həmyerlimizlə yanaşı daha 3 oyunçuya 7 bal verilib. Qalan futbolçular isə aşağı balla qiymətləndirilib.

Qeyd edək ki, "Kayseri Erciyespor" - "Konyaspor" oyununda hesab açılmamışdı - 0:0.


Son xəbərlər